...

Azərbaycan və Albaniya diplomatik və xidməti pasportların sahibləri üçün viza rejiminin ləğvi barədə razılığa gəlib (FOTO)

Siyasət Materials 10 Mart 2011 15:41 (UTC +04:00)
Azərbaycan və Albaniya diplomatik və xidməti pasportlara malik şəxslər üçün viza rejiminin ləğv edilməsi barədə saziş imzalayıb.
Azərbaycan və Albaniya diplomatik və xidməti pasportların sahibləri üçün viza rejiminin ləğvi barədə razılığa gəlib (FOTO)

Azərbaycan, Bakı, 10 mart /Trend, müxbir S.Ağayeva/

Azərbaycan və Albaniya diplomatik və xidməti pasportlara malik şəxslər üçün viza rejiminin ləğv edilməsi barədə saziş imzalayıb. Saziş Albaniyanın xarici işlər naziri Edmond Haci Nastonun səfəri zamanı Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşünün yekunları üzrə imzalanıb.

Albaniya bütün sahələrdə, o cümlədən energetika, eləcə də turizm və ticarət sahələrində Azərbaycanla əməkdaşlığın inkişafında maraqlıdır. Məmmədyarov görüşün yekunu üzrə keçirilən brifinqdə deyib.

Tərəflər iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclasının keçirilməsi üzrə də razılıq əldə ediblər.

"Biz ikitərəfli əlaqələrin yeni mərhələsindəyik və bu əlaqələri inkişaf etdirmək fikrindəyik", - Albaniya XİN rəhbəri bildirib.

Edmond Haci Nasto qeyd edib ki, Azərbaycanın inkişafı regionun inkişafına böyük töhfə gətirəcək.

Xəbər lenti

Xəbər lenti