...

Azərbaycan Prezidenti Bakı şəhərinin qəsəbələrində avtomobil yollarının tikintisi və təmiri ilə bağlı sərəncam imzalayıb

Siyasət Materials 11 Mart 2011 18:40 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev cümə günü Bakı şəhərinin qəsəbələrində avtomobil yollarının tikintisi və təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Məlumatı Prezidentin rəsmi saytı yayıb.
Azərbaycan Prezidenti Bakı şəhərinin qəsəbələrində avtomobil yollarının tikintisi və təmiri ilə bağlı sərəncam imzalayıb

Azərbaycan Prezidenti İlham Əliyev cümə günü Bakı şəhərinin qəsəbələrində avtomobil yollarının tikintisi və təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Məlumatı Prezidentin rəsmi saytı yayıb.

Sərəncamda qeyd olunur ki, Bakı şəhəri ərazisində qəsəbələrarası və qəsəbədaxili avtomobil yollarının tikintisi və təmiri üçün Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Bakı şəhər İcra Hakimiyyətinə 10,0 (on) milyon manat məbləğində vəsait ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulmuş vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Xəbər lenti

Xəbər lenti