...

Xəzər İbrahim Azərbaycanın NATO yanında Nümayəndəliyinin başçısı təyin edilib

Siyasət Materials 15 Mart 2011 19:30 (UTC +04:00)
Prezident İlham Əliyev çərşənbə axşamı Xəzər Zafir oğlu İbrahim in Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb. Məlumatı Prezidentin rəsmi saytı yayıb.
Xəzər İbrahim Azərbaycanın NATO yanında Nümayəndəliyinin başçısı təyin edilib

Prezident İlham Əliyev çərşənbə axşamı Xəzər Zafir oğlu İbrahimin Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb. Məlumatı Prezidentin rəsmi saytı yayıb.

Prezidentin digər sərəncamı ilə Xəzər İbrahimə fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilib.

Xəzər İbrahim iki ilə yaxın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb. Bundan sonra Azərbaycanın ABŞ-dakı səfirinin müşaviri təyin edilib.

Xəbər lenti

Xəbər lenti