...

ABŞ 2012-ci ildə Azərbaycana maliyyə yardımı proqramını açıqlayıb

Siyasət Materials 16 Mart 2011 12:04 (UTC +04:00)
Birləşmiş Ştatların Azərbaycana yardımı regional təhlükəsizliyin inkişafı islahatlarının təşviqinə, əsas demokratik institutların və proseslərin inkişafına və davamlı iqtisadi inkişafa yönəldilib.
ABŞ 2012-ci ildə Azərbaycana maliyyə yardımı proqramını açıqlayıb

Azərbaycan, Bakı, 16 mart /Trend, müxbir E.Tariverdiyeva/

Birləşmiş Ştatların Azərbaycana yardımı regional təhlükəsizliyin inkişafı islahatlarının təşviqinə, əsas demokratik institutların və proseslərin inkişafına və davamlı iqtisadi inkişafa yönəldilib. Bu barədə ABŞ Konqresinin 2012-ci fiskal il üzrə xarici dövlətlərə kömək üçün təsdiqlənmiş büdcə layihəsində deyilir.

"ABŞ, həmçinin Azərbaycanın sərhədlərinin təhlükəsizliyinin möhkəmləndirilməsi üzrə işlərin uğurlu olmasına və onun sülh, terrorizmlə mübarizə, kütləvi qırğın silahlarının yayılmaması və narkotiklərlə mübarizədə beynəlxalq səylərə yardım etmə qabiliyyətinin artırılmasına çalışır", - Trend-in məlumatına görə, ABŞ Dövlət Departamentinin saytında dərc olunan sənəddə deyilir.

Sənəddə bildirilir ki, ABŞ proqramları, həmçinin demokratiya yolunda demokratik islahatların irəliləməsi və ictimaiyyətin siyasət və nəzarətdə iştirakının artırılması üçün də nəzərdə tutulub. Büdcə layihəsində qeyd edilir ki, Birləşmiş Ştatların yardımı məişət cinayətkarlığına qarşı mübarizəyə, iqtisadiyyatın qeyri-xammal sektorunun davamlı artımına və sabitliyə yardım yolu ilə iqtisadi artımın genişləndirilməsinə və şaxələndirilməsinə kömək etməyə yönəldilib.

Sənəddə o da göstərilir ki, ABŞ Azərbaycan hökuməti ilə tərəfdaşlıqda xüsusilə iqtisadi artım və regional sosial-iqtisadi inkişaf üzrə bir sıra yardım proqramlarını maliyyələşdirir.

Xəbər lenti

Xəbər lenti