...

Ukraynanın müdafiə naziri Azərbaycana səfəri çərçivəsində səmərəli danışıqlar aparıb

Siyasət Materials 17 Mart 2011 18:15 (UTC +04:00)
Ukraynanın müdafiə naziri Mixail Yejelin Azərbaycan Prezidenti İlham Əliyev, Baş nazir Artur Rasizadə və müdafiə naziri general-polkovnik Səfər Əbiyevlə görüşü zamanı ikitərəfli əməkdaşlığın inkişafı məsələlərinin geniş spektri müzakirə edilib.
Ukraynanın müdafiə naziri Azərbaycana səfəri çərçivəsində səmərəli danışıqlar aparıb

Azərbaycan, Bakı, 17 mart /Trend, müxbir E.Tariverdiyeva/

Ukraynanın müdafiə naziri Mixail Yejelin Azərbaycan Prezidenti İlham Əliyev, Baş nazir Artur Rasizadə və müdafiə naziri general-polkovnik Səfər Əbiyevlə görüşü zamanı ikitərəfli əməkdaşlığın inkişafı məsələlərinin geniş spektri müzakirə edilib. Trend-in məlumatına görə, bu barədə Ukrayna Müdafiə Nazirliyinin rəsmi saytında deyilir.

"Azərbaycan Respublikasının rəhbərliyi ilə danışıqlar səmərəli olub. İlk növbədə, biz hər iki ölkənin silahlı qüvvələri arasında hərbi əməkdaşlıq, eləcə də silah və hərbi texnikanın modernləşdirilməsi məsələlərini müzakirə etdik", - nazir bildirib.

Nazirin sözlərinə görə, Azərbaycan tərəfi silahların, Sovet İttifaqı dövründə istehsal olunan hərbi texnikanın Ukraynanın müdafiə sənayesi kompleksinin müəssisələrində modernləşdirilməsində maarqlı olduğunu bildirib.

Onun sözlərinə görə, bu gün hərbi əməkdaşlıq üzrə ikitərəfli komissiya işləyir. Bu komissiyanın nümayəndələri ötən ilin oktyabrında ilk iclas keçiriblər və bu istiqamətdə fəaliyyət planını müəyyənləşdiriblər.

Nazir onu da qeyd edib ki, Ukrayna hərbi-texniki sahədə güclü elmi-texniki və sənaye potensialına malikdir.

"Aidiyyəti hərbi institutlar daima yeni silah növlərinin və hərbi texnika nümunələrinin hazırlanması üzərində işləyir", - Yejel qeyd edib.

Azərbaycana səfər proqramına əsasən, müdafiə naziri Yejelin başçılığı ilə Ukrayna hərbi nümayəndə heyətinin üzvləri Azərbaycan Silahlı Qüvvələrinin Təlim-Tədris Mərkəzində və Hərbi Akademiyada olacaqlar.

Müdafiə naziri Yejelin başçılığı ilə Ukrayna hərbi nümayəndə heyətinin Azərbaycana səfəri martın 18-dək davam edəcək.

Xəbər lenti

Xəbər lenti