...

Azərbaycan Prezidenti Yunanıstanın dövlət başçısını təbrik edib

Siyasət Materials 24 Mart 2011 11:18 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Yunanıstanın milli bayramı münasibətilə Prezident Karolos Papulyasa təbrik məktubu göndərib, məlumatı AzərTAc agentliyi yayıb.
Azərbaycan Prezidenti Yunanıstanın dövlət başçısını təbrik edib

Azərbaycan, Bakı, 24 mart /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Yunanıstanın milli bayramı münasibətilə Prezident Karolos Papulyasa təbrik məktubu göndərib, məlumatı AzərTAc agentliyi yayıb.

"Yunanıstan Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimizi yetirirəm. Ümidvaram ki, Azərbaycan-Yunanıstan dövlətlərarası münasibətlərinin inkişafı, beynəlxalq qurumlar və layihələr çərçivəsində əməkdaşlığımızın dərinləşdirilməsi yolunda bundan sonra da səylərimizi davam etdirəcəyik.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Yunanıstan xalqına əmin-amanlıq və firavanlıq arzulayıram", - məktubda deyilir.

Xəbər lenti

Xəbər lenti