...

Gürcüstan Metsamor AES-in təhlükəsizliyinin təmin olunması ilə bağlı dərhal Ermənistanla danışıqlara başlamalıdır - eks-prezident

Siyasət Materials 28 Mart 2011 13:08 (UTC +04:00)
Gürcüstanın eks-prezidenti Eduard Şevardnadze ölkə hakimiyyətini Metsamor AES-in təhlükəsizliyinin təmin olunması ilə bağlı dərhal Ermənistanla danışıqlara başlamağa çağırıb. Ermənistanın atom elektrik stansiyasındakı vəziyyətə dair məlumat "ciddi narahatlıq doğurur".
Gürcüstan Metsamor AES-in təhlükəsizliyinin təmin olunması ilə bağlı dərhal Ermənistanla danışıqlara başlamalıdır - eks-prezident

Gürcüstan, Tbilisi, 28 mart /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstanın eks-prezidenti Eduard Şevardnadze ölkə hakimiyyətini Metsamor AES-in təhlükəsizliyinin təmin olunması ilə bağlı dərhal Ermənistanla danışıqlara başlamağa çağırıb. Ermənistanın atom elektrik stansiyasındakı vəziyyətə dair məlumat "ciddi narahatlıq doğurur". Trend-in məlumatına görə, bu barədə eks-prezident "Asaval-Dasavali" həftəliyinə müsahibəsində bildirib.

"Məlum olduğu kimi, Metsamor AES-də vəziyyət acınacaqlıdır. Orada heç bir təhlükəsizlik təminatı yoxdur və o, bütün bölgə üçün təhlükə yaradır", - eks-prezident deyib.

Eduard Şevardnadze hesab edir ki, belə bir vəziyyətdə Gürcüstan hakimiyyəti Ermənistanla danışıqlara başlamağa və gözlənilən fəlakətdən yayınmaq üçün əlindən gələni etməyə borcludur.

1976-cı ildə fəaliyyətə başlayan Metsamor AES Ermənistanın paytaxtı Yerevandan 30 kilometr qərbdə, seysmik cəhətdən fəal bölgədə yerləşir. 1988-ci ildə Spitakda baş vermiş dağıdıcı zəlzələdən sonra Ermənistan rəhbərliyi AES-in fəaliyyətini dayandırmaq qərarına gəlib. Lakin iqtisadi çətinliklər 1993-cü ildə rəsmi Yerevanı Metsamor AES-i yenidən işə salmağa vadar edib.

Xəbər lenti

Xəbər lenti