...

Bakı forumu təkcə region üçün deyil, həm də bütün dünya üçün böyük əhəmiyyətə malikdir - Giuli Alasaniya

Siyasət Materials 7 Aprel 2011 14:15 (UTC +04:00)
Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təkcə region üçün deyil, həm də bütün dünya üçün böyük əhəmiyyətə malikdir.
Bakı forumu təkcə region üçün deyil, həm də bütün dünya üçün böyük əhəmiyyətə malikdir - Giuli Alasaniya

Azərbaycan, Bakı, 7 aprel /Trend, müxbir V.Javoronkova/

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təkcə region üçün deyil, həm də bütün dünya üçün böyük əhəmiyyətə malikdir. Gürcüstan Prezidentinin anası, "International Black Sea" Universitetitinin rektoru və Qafqaz Dostluq Evinin rəhbəri Giuli Alasaniya bu fikirdədir.

Onun sözlərinə görə, forum çox gözəl təşkil olunub.

"Belə görüşlər həmişə faydalıdır və müasir dünya üçün lazımlıdır, insanların daha çox ünsiyyət qurması və bir-birini daha yaxından tanımaları zəruridir. Çünki dialoqsuz sülh ola bilməz, bizim isə hamımıza sülh lazımdır", - Trend-in məlumatına görə, Alasaniya cümə axşamı Bakıda jurnalistlərə bildirib.

Cümə axşamı Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz işinə başlayıb. Forumun işində Azərbaycan Prezidenti İlham Əliyev iştirak edir. Forum sülh və inkişafa nail olmaq məqsədilə mədəniyyətlərarası anlaşma və mədəni müxtəliflik məsələsinə həsr olunub. Forum "Sərhədsiz dünyaya doğru" adlı sessiya ilə açılıb. Sessiyaya Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və BMT-nin Sivilizasiyalar Alyansının strateji inkişaf və tərəfdaşlıq üzrə müşaviri Jan Kristof Bas sədrlik edir.

Növbəti sessiya "Daha mənalı dialoqa doğru: Mədəniyyət, incəsənət və irs" mövzusuna həsr olunacaq. Sessiyaya Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəz Qarayevlə Avropa Şurasının mədəniyyət və təbii irs üzrə direktoru Robert Palmer sədrlik edəcəklər.

Mədəniyyətlərarası dialoqun aparılmasında qadının rolu sessiyanın üçüncü forumu zamanı müzakirə ediləcək. Sessiyaya Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və YUNESCO-nun mədəniyyət və mədəniyyətlərarası dialoq şöbəsinin direktoru Katerina Stenu sədrlik edəcəklər.

Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının Mədəniyyətlərarası dialoq üçün qlobal gündəliyinə (2001-ci il, noyabr), YUNESKO-nun Mədəni özünüifadə formalarının müxtəlifliyinin mühafizəsi və təşviqi haqqında Konvensiyaya (2005 -ci il), İSESKO-nun Mədəni müxtəliflik haqında Bəyannaməsinə (2004 -cü il), Avropa Şurasına üzv ölkələrin dövlət və hökumət başçıları rəhbərlərinin üçüncü görüşünün Bəyannaməsi və Fəaliyyət Planına, Avropa Şurasının mədəniyyətlərarası dialoq üzrə Ağ kitabına (2008 -ci il, may ), Mədəniyyətlərarası dialoqa yardım haqqında Bakı bəyannaməsinə əsaslanaraq Azərbaycan Prezidenti İlham Əliyevin hamiliyi altında 2011-ci il aprelin 7-dən 9-dək Bakıda mədəniyyətlərarası dialoq üzrə ümumdünya forumunun keçirilməsi haqqında təşəbbüs irəli sürülüb və BMT Baş Assambleyasının 65-ci sessiyasında (23 sentyabr 2010 -cu il , Nyu-York) Azərbaycan Prezidenti Bakıda ümumdünya forumunun keçiriləcəyini bəyan edib.

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu YUNESKO, BMT-nin Sivilizasiyalıar Alyansı, Aİ, Aİ-nin Şimal-Cənub mərkəzi, İSESKO, eləcə də "Avronyus" tərəfindən dəstəklənir.

Xəbər lenti

Xəbər lenti