Azərbaycan, Bakı, 7 aprel /Trend, müxbir E.Tariverdiyeva/
Avropa İttifaqına "tanınmamış ərazilərin de-fakto hakimiyyətləri ilə əlaqələrin qurulması" müddəasının olunduğu çağırışın guya Avropa parlamentinin qətnaməsində əks olunması ilə bağlı məlumatlar həqiqətə uyğun deyil. çağırış bağlı düzəliş yoxdur. Bunu Trend-ə çərşənbə axşamı Azərbaycanın Belçika və Avropa İttifaqındakı səfiri Emin Eyubov
bildirib.
"Əslində belə bir müddəa bu gün səhərədək qətnamənin layihəsində olub, lakin bu gün səhər Avropa parlamentinin plenar iclasında keçirilən səsvermənin nəticələrinə görə deputatların, iri partiyaların nümayəndələrinin çoxu bu düzəlişin əleyhinə səs veriblər", - Eyubov telefonla Brüsseldən deyib.
Eyubov bildirib ki, "tanınmamış ərazilərin de-fakto hakimiyyətləri" sözləri qətnamənin layihəsindən çıxarılıb.
Bir sıra erməni KİV-ləri 7 aprel tarixində Avropa parlamentinin mütləq səs çoxluğu ilə "Avropa qonşuluq siyasətinin ümumiləşdirilməsi" qətnaməsinin qəbul olunması barədə məlumat yayıblar.
Erməni mənbələrində bildirilir ki, qətnamənin 48-ci bəndində Avropa parlamenti praqmatik təşəbbüsləri və yenilikçi yanaşmaları nəzərə almağa, mülki mədəniyyətin inkişafının təşviqi məqsədi ilə tanınmamış dövlətlərin faktiki hakimiyyətləri (de facto authorities) və ictimaiyyəti ilə əlaqələrin qurulmasına çağırır.
Eyubovun sözlərinə görə, həqiqətən də qətnamədə belə bir bəndin Avropa parlamentindən keçirilməsi cəhdi olub. "Lakin Avropa parlamentinin üzvləri növbəti dəfə müdrik prinsipial mövqe nümayiş etdirdilər, siyasi cəhətdən həll olunmamış münaqişələr ətrafında yaranan vəziyyəti düzgün qiymətləndirdilər və müvafiq qərar qəbul etdilər", - o dedi.
Onun sözlərinə görə, Azərbaycan tərəfi Avropa Parlamentinin qətnaməsini alqışlayır və hesab edir ki, bu Avropa qonşuluq siyasətinin, həmçinin Şərq tərəfdaşlığının gələcək inkişafına öz töhfəsini verəcək.
"Bu öz növbəsində bizi Avropada qəbul olunmuş normalar, standartlar, qanunvericilik və digər meyarlar üzrə Avropa İttifaqına yaxınlaşdıracaq", - Eyubov bildirib.