Azərbaycan, Bakı, 8 aprel /Trend, müxbir M.Əliyev/
Cümə günü Bakıda İSESKO və TÜRKSOY arasında əməkdaşlıq haqqında protokol imzalanıb.
Protokolu İSESKO-nun baş katibi Əbdüləziz bin Osman əl-Tüveyci və TÜRKSOY-un baş katibi Düsen Kaseinov imzalayıblar.
İSESKO TÜRKSOY-la əlaqələrin inkişafında maraqlıdır. Bu barədə imzalanma mərasimində Əbdüləziz bin Osman əl-Tüveyci bildirib.
"İmzalanmış protokol TÜRKSOY-a üzv ölkələrdə reallaşdırılan İSESKO layihələrinin daha effektiv həyata keçirilməsinə yardım edəcək", - əl-Tüveyci bildirib.
Onun sözlərinə görə, TÜRKSOY-la əməkdaşlıq dünyada islam dəyərlərinin daha düzgün təbliğinə kömək edəcək.
TÜRKSOY-un baş katibi Düsen Kaseinov imzalanma mərasimində bildirib ki, iki təşkilat birgə səylərlə iştirakçı ölkələrin mədəniyyətlərinin inteqrasiyasını həyata keçirə bilər. Kaseinov İSESKO-nun baş katibini TÜRKSOY-un Ankaradakı mənzil-qərargahına dəvət edib.