...

Gürcüstanda yaşayan azərbaycanlı tələbələr 9 apreldə həlak olanların xatirəsini yad ediblər

Siyasət Materials 9 Aprel 2011 10:54 (UTC +04:00)
Gürcüstanda yaşayan azərbaycanlı tələbələr 9 apreldə həlak olan qəhrəmanların xatirəsini yad ediblər. Marneuli və Bolnisidən sonra həmrəylik aksiyası bu gün Qardabani və Rustavidə keçirilib.
Gürcüstanda yaşayan azərbaycanlı tələbələr 9 apreldə həlak olanların xatirəsini yad ediblər

Gürcüstan, Tbilisi, 9 aprel /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstanda yaşayan azərbaycanlı tələbələr 9 apreldə həlak olan qəhrəmanların xatirəsini yad ediblər. Marneuli və Bolnisidən sonra həmrəylik aksiyası bu gün Qardabani və Rustavidə keçirilib. Tədbirdə regionda yaşayan azərbaycanlı gənclər iştirak ediblər.

Gənclərin nümayəndələri 9 aprel memorialına yürüş təşkil ediblər, əklillər qoyublar və həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Aksiyada məqsəd azərbaycanlı tələbələrə 1989-cu il 9 aprel tarixində nə baş verdiyini və bu günün Gürcüstan tarixində nə dərəcədə vacib olduğunu izah etməkdir. Trend-in məlumatına görə, bu barədə Gürcüstanın Azərbaycanlı Tələbələr Assosiasiyasının sədri Samirə İsmayılova bildirib.

"Bununla yanaşı, biz gürcü xalqına öz həmrəyliyimizi və Gürcüstandakı azərbaycanlıların gürcü xalqının ayrılmaz hissəsi olduğunu göstərmək istəyirik", - o deyib.

Həmrəylik aksiyası Gürcüstanın Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilir. Aksiyalar silsiləsi sabah Tbilisidə başa çatacaq.

Xəbər lenti

Xəbər lenti