...

AVP İctimai Palatanın mitinq keçirmək istəyini Azərbaycanda sabitliyi pozmaq cəhdi kimi qiymətləndirib

Siyasət Materials 11 Aprel 2011 12:04 (UTC +04:00)
Azərbaycanın Ana Vətən Partiyası (AVP) İctimai Palatanın mitinq keçirmək istəyini Azərbaycanda sabitliyi pozmaq cəhdi kimi qiymətləndirib.
AVP İctimai Palatanın mitinq keçirmək istəyini Azərbaycanda sabitliyi pozmaq cəhdi kimi qiymətləndirib

Azərbaycan, Bakı, 11 aprel /Trend, müxbir M.Əliyev/

Azərbaycanın Ana Vətən Partiyası (AVP) İctimai Palatanın mitinq keçirmək istəyini Azərbaycanda sabitliyi pozmaq cəhdi kimi qiymətləndirib.

Partiyanın Mərkəzi Şurasının bazar ertəsi keçirilən iclasında qəbul olunan bəyanatda bildirilir ki, Müsavat və Azərbaycan Xalq Cəbhəsi partiyalarının mitinq keçirməklə bağlı cəmiyyətdə yaratmaq istədikləri ajiotaj mahiyyət etibarilə ölkəmizdə sabitliyi pozmaq, qarşıdurma yaratmaq, Azərbaycanı ötən əsrin 90-cı illərin əvvəllərindəki ağır və fəlakətli duruma salmaqdır. Bu barədə bazar ertəsi Trend-ə AVP mətbuat xidmətindən bildirilib.

"Özləri üçün xüsusi imtiyazların əldə edilməsinə çalışan radikal müxalifət mitinq keçirmək üçün təklif olunan məkandan düşünülmüş şəkildə imtina etməklə, əhalinin gur, nəqliyyatın intensiv olduğu yerlərdə qarşıdurma yaratmaq məqsədlərini önə çəkməkdə, cızdığı planla hərəkət etməkdə və antiazərbaycan əhval-ruhiyyəsini formalaşdırmaqdadır", - bəyanatda deyilir.

İctimai Palata bir neçə dəfə icazəsiz mitinq keçirməyə cəhd edib.

Xəbər lenti

Xəbər lenti