...

Azərbaycan Parlamenti "Kənd təsərrüfatı kooperasiyası haqqında" qanun layihəsini birinci oxunuşda qəbul edib

Siyasət Materials 15 Aprel 2011 18:23 (UTC +04:00)
Milli Məclis cümə günü "Kənd təsərrüfatı kooperasiyası haqqında" qanun layihəsini birinci oxunuşda qəbul edib.
Azərbaycan Parlamenti "Kənd təsərrüfatı kooperasiyası haqqında" qanun layihəsini birinci oxunuşda qəbul edib

Azərbaycan, Bakı, 15 aprel /Trend, müxbir M.Əliyev/

Milli Məclis cümə günü "Kənd təsərrüfatı kooperasiyası haqqında" qanun layihəsini birinci oxunuşda qəbul edib.

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov qanun layihəsini təqdim edərək bildirib ki, sənəd kənd təsərrüfatı kooperasiyalarının formalaşdırılması və təşkili qaydalarını, kənd təsərrüfatı kooperasiyalarının yaradılmasının hüquqi, təşkilati və iqtisadi əsaslarını müəyyən edir.

Parlamentin deputatı Əli Məsimli qanun layihəsinin müzakirəsi zamanı deyib ki, bu qanunun qəbul edilməsi Azərbaycanda aqrar islahatların aparılmasının yeni mərhələsinə kömək edəcək. "Kooperasiya kənd təsərrüfatında gəlirlərin artırılmasına, az xərclərlə böyük mənfəət əldə edilməsinə, kənd təsərrüfatı işçilərinin işinin effektivliyinə kömək edəcək", - Məsimli deyib.

Onun sözlərinə görə, Avropa ölkələrinin təcrübəsini nəzərə alaraq, kooperativlərin fəaliyyətini maliyyələşdirmək üçün aqrar bankların yaradılması zəruridir.

Deputat Fazil Ağamalı qeyd edib ki, kənd təsərrüfatının inkişafı yeni yanaşmalar tələb edir və həmin qanun bunu təmin edir. Onun sözlərinə görə, qanun layihəsinin birinci oxunuşda qəbul edilməsindən sonra kənd regionlarında onun ictimai müzakirələrə çıxarılması vacibdir.

Xəbər lenti

Xəbər lenti