...

Azərbaycan Prezidenti Roma Papası XVI Benedikti təbrik edib

Siyasət Materials 18 Aprel 2011 18:51 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Roma Papası XVI Benediktə təbrik məktubu ünvanlayıb. Məlumatı bazar ertəsi Prezidentin rəsmi saytı yayıb.
Azərbaycan Prezidenti Roma Papası XVI Benedikti təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Roma Papası XVI Benediktə təbrik məktubu ünvanlayıb. Məlumatı bazar ertəsi Prezidentin rəsmi saytı yayıb.

"Tacqoyma gününüz münasibətilə Sizə şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirməkdən məmnunluq duyuram. Əminəm ki, Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasındakı münasibətlər ümumbəşəri dəyərlərin təntənəsi naminə bundan sonra da dostluq və əməkdaşlıq məcrasında öz inkişafını davam etdirəcəkdir. Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, ali xidmətinizdə müvəffəqiyyətlər arzulayır, bütün həmməzhəblərinizə sülh və rifah diləyirəm", - İlham Əliyev təbrik məktubunda bildirib.

Xəbər lenti

Xəbər lenti