Azərbaycan, Bakı, 19 aprel /Trend, müxbir T.Cəfərov/
Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin Urmiyada keçirilən görüşü ölkələr arasında əlaqələrin inkişafına mühüm töhfə verəcək. Bu barədə çərşənbə axşamı mətbuat konfransında İran İslam Respublikasının Azərbaycandakı səfiri Məhəmmədbağır Bəhrami bildirib.
Onun sözlərinə görə, üç ölkəin xarici işlər nazirinin Urmiyada keçirilən iclası ölkələrin regional və beynəxalq nüfuzlarının artırılmasına da töhfə verəcək. Səfir hesab edir ki, Urmiyada keçirilən iclas uğurlu alınıb.
İran, Azərbaycan və Türkiyənin xarici işlər nazirləri aprelin 16-da İranın Urmiya şəhərində üçtərəfli görüş keçiriblər. Görüşün nəticəsində birgə bəyannamə qəbul olunub.
Doqquz bəndən ibarət bəyannamədə üçtərəfli əməkdaşlığın perspektivləri qeyd olunub.
Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin görüşü münasibətlərin inkişafına mühüm töhfə verəcək - səfir
Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin Urmiyada keçirilən görüşü ölkələr arasında əlaqələrin inkişafına mühüm töhfə verəcək.
