...

ABŞ-Azərbaycan birgə hərbi təlimləri Müdafiə Nazirliyi tərəfindən təxirə salınıb - səfirlik

Siyasət Materials 20 Aprel 2011 13:04 (UTC +04:00)
ABŞ-Azərbaycan birgə hərbi təlimləri Müdafiə Nazirliyi tərəfindən təxirə salınıb. Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə ABŞ səfirliyinin ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Terri Devidson deyib.
ABŞ-Azərbaycan birgə hərbi təlimləri Müdafiə Nazirliyi tərəfindən təxirə salınıb - səfirlik

Azərbaycan, Bakı, 20 aprel /Trend, müxbir T.Hacıyev/

ABŞ-Azərbaycan birgə hərbi təlimləri Müdafiə Nazirliyi tərəfindən təxirə salınıb. Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə ABŞ səfirliyinin ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Terri Devidson deyib.

ABŞ-la Azərbaycanın sıx və məhsuldar münasibətləri olduğunu bildirən amerikalı diplomat qeyd edib ki, iqtisadi əməkdaşlıq, təhlükəsizlik sahəsindən başlayaraq, iqtisadi və demokratik islahatlara kimi bir çox sahələrdə birgə görülən işlər var.

Azərbaycan Müdafiə Nazirliyinin öncə mətbuata verdiyi məlumata görə, 15-25 mayda "Regional cavab-2011" adı altında keçirilməsi nəzərdə tutulan ABŞ-Azərbaycan birgə hərbi təlimi naməlum səbəblərdən qeyri-müəyyən vaxta təxirə salınıb.

Aprelin 17-də Bakıda icazəsiz aksiya keçirilməsi cəhdinə də münasibət bildirən Devidson qeyd edib ki, səfirlik sərbəst toplaşmaq azadlığının təmin olunmasının zəruriliyini dəfələrlə bəyan edib.

"Biz hesab edirik ki, sərbəst toplaşmaq azadlığı və ifadə azadlığı demokratik cəmiyyətlərdə insanların malik olduğu ən fundamental azadlıqlardan biridir", - Devidson deyib.

Xəbər lenti

Xəbər lenti