...

Azərbaycan Prezidenti bir sıra rayonlara yeni icra başçıları təyin edib

Siyasət Materials 21 Aprel 2011 19:08 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı Asif Salman oğlu Məmmədovun Şamaxı rayonu İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb. Məlumatı Prezidentin rəsmi saytı yayıb.
Azərbaycan Prezidenti bir sıra rayonlara yeni icra başçıları təyin edib

Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı Asif Salman oğlu Məmmədovun Şamaxı rayonu İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb. Məlumatı Prezidentin rəsmi saytı yayıb.

Prezidentin digər sərəncamı ilə Asif Məmmədov Balakən rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Prezidenti İlham Əliyev Nazim Mehdi oğlu İsmayılovun Sabirabad rayonu İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında da sərəncam imzalayıb.

Nazim İsmayılov Şamaxı rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Azərbaycan Prezidentinin digər sərəncamı ilə Heydər Almas oğlu Abbasov Sabirabad rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Xəbər lenti

Xəbər lenti