...

İlham Əliyev Polşa Prezidentinə təbrik məktubu ünvanlayıb

Siyasət Materials 2 May 2011 18:44 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Polşa Prezidenti Bronislav Komorovskiyə təbrik məktubu ünvanlayıb.
İlham Əliyev Polşa Prezidentinə təbrik məktubu ünvanlayıb

Azərbaycan Prezidenti İlham Əliyev Polşa Prezidenti Bronislav Komorovskiyə təbrik məktubu ünvanlayıb. Məlumatı bazar ertəsi Prezidentin rəsmi saytı yayıb.

"Hörmətli cənab Prezident, Polşa Respublikasının milli bayramı - Konstitusiya günü münasibətilə Sizi və bütün Polşa xalqını öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Bu gün Azərbaycan-Polşa əlaqələri dostluq və əməkdaşlıq zəminində müvəffəqiyyətlə inkişaf etməkdədir. Ümidvaram ki, dövlətlərarası münasibətlərimizin möhkəmləndirilməsi, iş birliyimizin dərinləşdirilməsi yolunda səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Polşa xalqına əmin-amanlıq və firavanlıq arzulayıram", - təbrik məktubunda bildirilir.

Xəbər lenti

Xəbər lenti