Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva mayın 4-də Müasir İncəsənət Muzeyində Fransanın məşhur Luvr Muzeyinin direktoru Anri Luaret ilə görüşmüşdür.
Fransanın dünyaca məşhur muzeyinin direktorunu Bakıda salamlamaqdan məmnun olduğunu bildirən Mehriban xanım Əliyeva Azərbaycan ilə Luvr Muzeyi arasındakı sıx əlaqələrdən danışdı. Bildirdi ki, Luvr Muzeyində bir neçə dəfə Azərbaycanla bağlı tədbirlər keçirilmişdir. Azərbaycan dövləti Luvr Muzeyində aparılan bərpa işlərinə maddi dəstək vermişdir. Amma biz əməkdaşlığımızı daha da genişləndirə bilərik deyən Azərbaycanın birinci xanımı Mehriban Əliyeva qonağa ölkəmizin qədim və zəngin mədəniyyəti barədə məlumat verdi.
Görüşdə muzey sərvətlərinin saxlanılması, onların qorunması sahəsində, eləcə də materialların toplanmasında təcrübə mübadiləsi məsələləri müzakirə edildi.