...

Konstitusiya Məhkəməsinin əməkdaşları Heydər Əliyev Fondunda olmuşlar (FOTO)

Siyasət Materials 6 May 2011 22:52 (UTC +04:00)
Mayın 6-da Konstitusiya Məhkəməsinin əməkdaşları Heydər Əliyev Fondunda olmuşlar.
Konstitusiya Məhkəməsinin əməkdaşları Heydər Əliyev Fondunda olmuşlar (FOTO)

Mayın 6-da Konstitusiya Məhkəməsinin əməkdaşları Heydər Əliyev Fondunda olmuşlar.

Ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ilə bağlı ziyarətə gələn qonaqlara Fondun fəaliyyəti haqqında ətraflı məlumat verilmişdir.

Bildirilmişdir ki, Azərbaycan xalqının ümummilli liderinin xatirəsinə ehtiram əlaməti olaraq yaradılan Fondun məqsədi görkəmli siyasi xadim Heydər Əliyevin zəngin dövlətçilik və siyasi irsini öyrənmək, Azərbaycanın sosial-iqtisadi, mədəni tərəqqisinə yönələn genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə, xarici qonaqlarda əyani təsəvvür yaratmaq, ölkəmizin mədəniyyəti və tarixinin geniş təbliği ilə əlaqədar aparılan işlərə kömək göstərməkdir.

Ümummilli liderin şəxsi arxivindən götürülən eksponatlar qonaqlarda zəngin təəssürat yaratmışdır. Heydər Əliyevin dövlətçiliyə sonsuz sədaqəti və millətsevərliyi sözün həqiqi mənasında nəsillərə örnəkdir. Keçmiş SSRİ-nin müxtəlif guşələrində, respublikamızın ayrı-ayrı şəhər və rayonlarında keçirilən tədbirlərdə çəkilmiş fotoşəkillər, iş otağındakı əşyalar şərəfli ömrün salnaməsini xatirələrdə bir daha canlandırmışdır.

Məlumat verilmişdir ki, zəngin, şərəfli və mənalı ömrünün 25 ilini dövlət təhlükəsizlik orqanlarında xidmətə həsr edən dahi şəxsiyyət Heydər Əliyev dövlətçiliyimizin möhkəmlənməsində, xalqımızın milli maraqlarının və mənafelərinin qorunmasında böyük işlər görmüşdür. Ulu öndər şərəfli ömür yolunu bütünlükdə doğma Vətəninin tərəqqisi işinə həsr etmişdir. Azərbaycanın dünəni, bu günü və sabahı Heydər Əliyevin ölməz adı və əbədiyaşar ideyaları ilə bağlıdır.

Fondla tanışlıqdan sonra Konstitusiya Məhkəməsinin əməkdaşları dahi şəxsiyyətin həyat və fəaliyyətindən bəhs edən "Böyük ömrün anları" filminə baxmışlar.

Qonaqlar Fonddan zəngin təəssüratla ayrılmışlar.

Tədbirdən əvvəl Konstitusiya Məhkəməsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ilə bağlı tədbir keçirilmişdir.

Tədbirdə çıxış edən Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında ətraflı danışmışdır. Bildirmişdir ki, Azərbaycan xalqı öz taleyini ulu öndər Heydər Əliyevə etibar etməklə tarixi seçim etmişdir. Ümummilli lider xalqın tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra zəngin dövlətçilik təcrübəsi, yenilməz iradəsi, müdrik siyasi məharəti ilə ölkəni vətəndaş müharibəsi təhlükəsindən, ictimai-siyasi anarxiyadan xilas etmişdir. Bütün mənalı ömrünü Azərbaycanın tərəqqisi işinə həsr etmiş ümummilli lider Heydər Əliyevin xalqımız qarşısında ən böyük xidmətlərindən biri də onun təşəbbüsü ilə başlanmış və bu gün də Prezident İlham Əliyevin birbaşa rəhbərliyi ilə uğurla davam edən hüquqi islahatlarla yanaşı, müstəqil Azərbaycan Respublikasının ilk milli Konstitusiyasının hazırlanmasına verdiyi əvəzsiz töhfə olmuşdur.

Tədbirdə digər çıxış edənlər də ümummilli lider Heydər Əliyevin ölkəmizdə hüquqi islahatların həyata keçirilməsi sahəsindəki çoxşaxəli və yorulmaz fəaliyyətindən ətraflı danışmışlar.

Xəbər lenti

Xəbər lenti