...

Ankaradakı Heydər Əliyev adına məktəbin tələbələri iki ölkə əlaqələrini daha da möhkəmlədəcək - səfir

Siyasət Materials 7 May 2011 18:02 (UTC +04:00)
Azərbaycanın Türkiyədəki səfirliyi tərəfindən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 88-ci doğum günü münasibətilə təşkil olunmuş tədbirlər çərçivəsində mayın 6-da Ankaranın Yenimahalle səmtində Heydər Əliyevin adını daşıyan orta məktəbdə tələbələr arasında şer və rəsm müsabiqəsi keçirilib.
Ankaradakı Heydər Əliyev adına məktəbin tələbələri iki ölkə əlaqələrini daha da möhkəmlədəcək - səfir

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 7 may /Trend, müxbir P.Həmidov/

Azərbaycanın Türkiyədəki səfirliyi tərəfindən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 88-ci doğum günü münasibətilə təşkil olunmuş tədbirlər çərçivəsində mayın 6-da Ankaranın Yenimahalle səmtində Heydər Əliyevin adını daşıyan orta məktəbdə tələbələr arasında şer və rəsm müsabiqəsi keçirilib. Azərbaycanın Ankaradakı səfirliyindən bildiriblər ki, Müsabiqənin qaliblərinə eləcə də 4, 5 və 6-cı yerləri tutan tələbələrə səfirliyin həvəsləndirici hədiyyələri təqdim olunub.

Səfir Faiq Bağırov tədbirin sonunda Heydər Əliyev adını daşıyan məktəbin tələbələrinin gələcəkdə iki ölkə əlaqələrinin daha da güclənməsində mühüm rol oynayacağından bəhs edib.

Həmçinin, ötən gün Ankara şəhərində ölkəmizin səfirliyi tərəfindən "İbrahim Çeçen Sənət Qalareyasında" "Azərbaycanlı Rəssamlar Sərgisi" adlı tədbir təşkil olunmub. Sərgidə Azərbaycanlı rəssam və heykəltəraşların 70-ə yaxın əsərləri nümayiş etdirilib. Qeyd olunan tədbirdə Türkiyənin Xarici İşlər Nazirliyinin yüksək vəzifəli şəxsləri, Mədəniyyət Nazirinin müavini, millət vəkilləri, Ankarada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və nümayəndələri, elm və incəsənət xadimləri, diaspor nümayəndələri, tələbələr iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti