...

Azərbaycanın müdafiə sənayesi naziri Türkiyəyə səfər edib

Siyasət Materials 9 May 2011 11:40 (UTC +04:00)
Azərbaycanın müdafiə sənayesi naziri bu gün Türkiyəyə səfər edib.
Azərbaycanın müdafiə sənayesi naziri Türkiyəyə səfər edib

Azərbaycan, Bakı, 9 may /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanın müdafiə sənayesi naziri bu gün Türkiyəyə səfər edib.

Müdafiə Sənayesi Nazirliyindən (MSN) Trend-ə verilən məlumata görə, nazir Yavər Camalov Türkiyənin Milli Müdafiə Nazirliyinin təşkilatçılığı ilə keçirilən "IDEF-2011" X Beynəlxalq Müdafiə Sənayesi Sərgisində iştirak edəcək.

Dünyanın inkişaf etmiş ölkələrinin qabaqcıl şirkətləri ilə yanaşı, Azərbaycan MSN-in də qatıldığı sərgi sabah öz işinə başlayacaq və dörd gün davam edəcək.

Sərgidə MSN-in müəssisələrində istehsal edilən 89 adda müdafiə təyinatlı məhsul nümayiş etdiriləcək.

Xəbər lenti

Xəbər lenti