Azərbaycan, Bakı, 12 may /Trend, müxbir M.Əliyev/
Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin sədri Rauf Qurbanov Brüsseldə XX Beynəlxalq kommunist seminarında iştirak edəcək. Trend-in məlumatına görə, bu barədə partiyanın məlumatında deyilir.
Mayın 13-də başlayacaq ikigünlük seminarın mövzusu "Kapitalizmin dərinləşən sistem böhranı dövründə kommunist partiyalarının yaradılması və möhkəmləndirilməsi" olacaq.
Qurbanov seminarda Azərbaycan kommunistləri adından çıxış edəcək. O, səfər çərçivəsində kommunist partiyalarının rəhbərləri, o cümlədən solçu partiya liderləri ilə bir sıra görüşlər keçirəcək. Bundan başqa, Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsi sədrinin Belçika Əmək Partiyasının beynəlxalq münasibətlərə görə məsul əməkdaşı Boduen Dekkerslə görüşü planlaşdırılıb.