...

Aİ-nin Cənubi Qafqazdakı xüsusi nümayəndəsi vəzifəsi qala bilər - Rolan Kobia

Siyasət Materials 12 May 2011 15:46 (UTC +04:00)
Böyük ehtimalla Aİ-nin Cənubi Qafqazdakı xüsusi nümayəndəsi vəzifəsi qalacaq. Trend-in məlumatına görə, Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Rolan Kobia bu fikirdədir.
Aİ-nin Cənubi Qafqazdakı xüsusi nümayəndəsi vəzifəsi qala bilər - Rolan Kobia

Azərbaycan, Bakı, 12 may /Trend, müxbir Y.Ostapenko/

Böyük ehtimalla Aİ-nin Cənubi Qafqazdakı xüsusi nümayəndəsi vəzifəsi qalacaq. Trend-in məlumatına görə, Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Rolan Kobia bu fikirdədir.

"Aİ-nin Cənubi Qafqazdakı xüsusi nümayəndəsi vəzifəsinə təyinat məsələsi gündəlikdə qalır. Hər cür şans var ki, bu vəzifə qalacaq", - Kobia cümə axşamı Bakıda mətbuat konfransında deyib.

Bu il fevralın sonunda Aİ-nin Cənubi Qafqazdakı sonuncu xüsusi nümayəndəsi Piter Semnebinin mandatı başa çatıb.

Aİ-nin bir sıra regionlarda, o cümlədən Cənubi Qafqaz və Moldovada - "dondurulmuş münaqişələr" ocağında xüsusi nümayəndəsi vəzifəsinin ləğvi məsələsi müzakirə edilir. Belə açıqlama ilə ötən il mayın sonlarında Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton çıxış edib.

"Yekun qərarın necə olmasından asılı olmayaraq, bu, Aİ-nin Cənub Qafqaz regionuna cəlb edilməsinə heç bir təsir göstərməyəcək. Bu, yalnız təşkilati məsələdir", - Kobia bildirib.

Onun sözlərinə görə, Aİ-nin xüsusi nümayəndəsi vəzifəsi Aİ üçün böyük maraq doğuran əksər regionlarda, məsələn, Yaxın Şərqdə ləğv edilib.

"Bu, bizim marağımızın azalmasına işarə deyil, yalnız ondan xəbər verir ki, Aİ başqa yanaşma hazırlayır", - səfir bildirib.

Xəbər lenti

Xəbər lenti