...

Gürcüstan Prezidenti Azərbaycan Prezidentini təbrik edib

Siyasət Materials 15 May 2011 16:38 (UTC +04:00)
Mayın 15-də Gürcüstan Prezidenti Mixeil Saakaşvili Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir, Prezidentin mətbuat xidməti xəbər verir.
Gürcüstan Prezidenti Azərbaycan Prezidentini təbrik edib

Mayın 15-də Gürcüstan Prezidenti Mixeil Saakaşvili Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir , Prezidentin mətbuat xidməti xəbər verir.

Gürcüstan Prezidenti Azərbaycan nümayəndələrinin Almaniyanın Düsseldorf şəhərində keçirilmiş "Evrovision 2011" müsabiqəsində qələbəsi münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırmış və bu hadisənin Gürcüstanda böyük sevinclə qarşılandığını vurğulamışdır.

Dövlətimizin başçısı göstərilən diqqətə və təbrikə görə Gürcüstan Prezidentinə minnətdarlığını bildirmişdir.

Dövlət başçıları ölkələrimiz arasında dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq, qarşılıqlı əlaqələrin bundan sonra da genişlənəcəyinə əminlik ifadə etmişlər.

Xəbər lenti

Xəbər lenti