...

Azərbaycan Diplomatik Akademiyasında Əfqanıstanın dövlət rəsmiləri üçün treninq keçirilir (FOTO)

Siyasət Materials 16 May 2011 17:15 (UTC +04:00)
Azərbaycan Diplomatik Akademiyası (ADA) va Cenevrə Təhlükəsizlik Siyasəti Mərkəzi (GCSP) Əfqanıstanın dövlət rəsmiləri üçün treninqə başlayıblar.
Azərbaycan Diplomatik Akademiyasında Əfqanıstanın dövlət rəsmiləri üçün treninq keçirilir (FOTO)

Azərbaycan, Bakı, 16 may /Trend/

Azərbaycan Diplomatik Akademiyası (ADA) va Cenevrə Təhlükəsizlik Siyasəti Mərkəzi (GCSP) Əfqanıstanın dövlət rəsmiləri üçün treninqə başlayıblar.

Mayın 16-da ADA-da başlayan "II Bakı dövlət idarəçiliyi kursu: keçid dövrünün tənzimlənməsi" mövzusunda mühazirələr 2 həftə davam edəcək və Əfqanıstanın sosial-ictimai inkişafının perspektivlərini əhatə edəcək.

Akademiyadan Trend-ə verilən məlumata görə, təlimlərin açılış mərasimində çıxış edən Xarici İşlər Nazirinin müavini, ADA-nın rektoru Hafiz Paşayev bildirib ki, rəbhərlik etdiyi qurum GCSP ilə 2-ci dəfədir əfqan rəsmilər üçün təlim keçirir və bu, Azərbaycan hökumətinin Əfqanıstana geniş yardım siyasətinin bir hissəsidir.

Paşayev qonaqların ölkə regionlarına səfər edərək Azərbaycanın naliyyətləri, tarixi irsi ilə tanış olmaq imkanı qazanacaqlarını bildirib.

19 təlim dinləyicisinə rəsmi Kabilin xarici siyasəti və siyasi birliyin əldə olunması, münaqişələrin təhlili, korrupsiya ilə mübarizə, cəmiyyətdə etimadın qurulması, mütəşəkkil cinayətkarlıqla mübarizə, narkotiklərin cəmiyyətdə yaratdığı probləmlər və s. mövzularda mühazirələr oxunulacaq.

Mühazirələri ADA, GCSP və bir sıra tanınmmış xarici qurumların professor-müəllim heyəti, ekspertləri aparacaq.

Azərbaycanda olduqları vaxt təlim iştirakçıları Qubaya və Qobustana səfər edəcək va orada ölkənin tarixi-mədəni irsi ilə tanış olacaqlar.

Xəbər lenti

Xəbər lenti