...

Azərbaycanda yeni seçici siyahıları təsdiqlənib

Siyasət Materials 18 May 2011 16:50 (UTC +04:00)
Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.
Azərbaycanda yeni seçici siyahıları təsdiqlənib

Azərbaycan, Bakı, 18 may /Trend, müxbir T. Hacıyev/

Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

Trend-in məlumatına görə, iclasda seçici siyahılarının təsdiq olunması ilə bağlı müzakirələr aparılıb.

MSK sədri Məzahir Pənahov qeyd edib ki, Azərbaycanın seçki qanunvericiliyinin tələblərinə uyğun olaraq hər il yanvar ayından etibarən seçici siyahılarının dəqiqləşdirilməsinə başlanılır. Onun sözlərinə görə, hazırda Azərbaycanda təxminən 4 milyon 900 min nəfər seçici var.

O qeyd edib ki, Azərbaycanda seçici siyahılarının dəqiqləşdirilməsi yüksək səviyyədə həyata keçirilir.

"Azərbaycanda seçici siyahılarının dəqiqləşdirilməsi praktikası beynəlxalq təşkilatlar tərəfindən müsbət qarşılanır. Beynəlxalq standartlar baxımından yanaşsaq, Azərbaycanda seçici siyahıları ilə bağlı heç bir problem yoxdur", - Pənahov bildirib.

İclasda qeyd olunub ki, bu il Azərbaycan seçicilərinin sayı 27 min 95 nəfər artıb. Yeni siyahıya əsasən, Azərbaycanda 4 873 642 seçici qeydiyyata alınıb.

Daha sonra səsvermə nəticəsində yeni seçici siyahıları təsdiq olunub.

Xəbər lenti

Xəbər lenti