...

Türkiyə və Azərbaycan qardaşlığı əbədidir - Baş nazir (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 20 May 2011 18:27 (UTC +04:00)
Seçkiqabağı kampaniya zamanı cümə günü Qars şəhərində çıxış edən Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə və Azərbaycan qardaşlığı əbədidir.
Türkiyə və Azərbaycan qardaşlığı əbədidir - Baş nazir (ƏLAVƏ OLUNUB)

İkinci abzasdan sonra əlavə olunub (ilk xəbər saat 18:17-də yayılıb)

Azərbaycan, Bakı, 20 may /Trend/

Seçkiqabağı kampaniya zamanı cümə günü Qars şəhərində çıxış edən Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə və Azərbaycan qardaşlığı əbədidir. Trend-in məlumatına görə, bu barədə CNN Türk telekanalı məlumat verib.

"Türkiyə və Azərbaycan arasında qardaşlıq əbədidir", - Baş nazir deyib.

Ərdoğan bu gün Qars şəhərində Heydər Əliyev adına sənaye peşə liseyinin təməlqoyma mərasimində də iştirak edib.

Baş nazir çıxışında Azərbaycan xalqına Türkiyədə sənaye peşə liseyinin açılmasına görə təşşükürünü bildirib.

Mayın əvvəlində Türkiyənin İğdır şəhərində Heydər Əliyev adına liseyin rəsmi açılış mərasimi olub. Bu tədbirdə də Baş nazir Rəcəb Tayyib Ərdoğan iştirak edib.

Xəbər lenti

Xəbər lenti