Prezident İlham Əliyev cümə günü Azərbaycan və İraq hökumətləri arasında ticarət, iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında sərəncam imzalayıb. Məlumatı Prezidentin rəsmi saytı yayıb.
Sərəncama uyğun olaraq, Azərbaycan və İraq hökumətləri arasında ticarət, iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi aşağıdakı kimi təsdiq edilib:
Komissiyanın həmsədri
Əli Abbasov - Azərbaycan Respublikasının rabitə
və informasiya texnologiyaları naziri
Komissiyanın üzvləri:
Xələf Xələfov - Azərbaycan Respublikası xarici işlər
nazirinin müavini
Niyazi Səfərov - Azərbaycan Respublikası iqtisadi inkişaf
nazirinin müavini
Sevda Məmmədəliyeva - Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini
Elmar Qasımov - Azərbaycan Respublikası təhsil nazirinin
müavini
İsmayıl İsmayılov - Azərbaycan Respublikası gənclər və idman
nazirinin müavini
Səfər Mehdiyev - Azərbaycan Respublikası Dövlət Gömrük
Komitəsi sədrinin birinci müavini
Vadim Xubanov - Azərbaycan Respublikası Mərkəzi Bankı
sədrinin müavini
Akif Əlizadə - Azərbaycan Milli Elmlər Akademiyasının
vitse-prezidenti
Elman Araslı - Azərbaycan Respublikasının İraq Respublikasında fövqəladə və səlahiyyətli səfiri
Xarici İşlər Nazirliyinə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi barədə İraq Respublikası tərəfinə müvafiq bildiriş göndərmək tapşırılıb.