Türkmənistan, Aşqabad, 23 may /Trend, müxbir H.Həsənov/
Dördüncü çağırış Türkmənistan Məclisi (parlament) "Xəzər dənizində təhlükəsizlik üzrə əməkdaşlıq haqqında sazişin ratifikasiyası haqqında" qanun layihəsini qəbul edib. Trend-in məlumatına görə, bu barədə Türkmənistandakı rəsmi mənbə məlumat verib.
Birgə bəyannamə ilə yanaşı, Saziş Azərbaycan, Türkmənistan, Rusiya, Qazaxıstan və İran rəhbərləri tərəfindən 2010-cu il noyabrın 18-də Bakıda imzalanıb.
Biz qədər əvvəl rəsmi Aşqabad Bakıda keçirilən Xəzəryanı sammitin "əsası 2002-ci ildə Aşqabadda qoyulan regional tərfdaşlığın inkişafında əhəmiyyətli irəliləyiş olduğunu" bəyan edib.
Bakı sammitində çıxış edən Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Xəzərin bioloji resurslarının qorunub saxlanması və onlardan bərabər istifadə, Xəzərdə fövqəladə vəziyyətlərdən xəbərdarlıq və onların nəticələrinin aradan qaldırılması sahəsində yeni sazişlərin hazırlanması prosesinə başlamağı da təklif edib.