...

Koreyalı gənclərin Azərbaycana səfəri başlayıb

Siyasət Materials 31 May 2011 14:25 (UTC +04:00)
Gənclər və İdman Nazirliyindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, iyunun 9-dək davam edən səfər çərçivəsində koreyalı gənclər bir sıra maraqlı görüşlər keçirəcək, Azərbaycan tarixi və mədəniyyəti ilə daha yaxından tanış olmaq imkanı qazanacaqlar.
Koreyalı gənclərin Azərbaycana səfəri başlayıb

Azərbaycan, Bakı, 31 may /Trend/

Bu gündən Koreya Respublikası gənclərinin Azərbaycana səfəri başlayıb.

Gənclər və İdman Nazirliyindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, iyunun 9-dək davam edən səfər çərçivəsində koreyalı gənclər bir sıra maraqlı görüşlər keçirəcək, Azərbaycan tarixi və mədəniyyəti ilə daha yaxından tanış olmaq imkanı qazanacaqlar.

Səfər qonaqların Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını ziyarəti ilə başlayıb.

Koreyalı gənclərin səfər proqramına Gənclər və İdman Nazirliyində nazir Azad Rəhimovla görüş, "İçəri şəhər", Müasir İncəsənət Muzeyi, Xalça muzeyi, Şəki "Xan sarayı", Zaqatala Olimpiya İdman Kompleksi ilə yaxından tanışlıq daxil edilib.

Azərbaycan Prezidentinin 2007-ci il 21 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Gənclər və idman Nazirliyi və Koreya Respublikasının Milli Gənclər Komissiyası arasında gənclər sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumuna əsasən artıq dörd ildir ki, hər iki ölkənin gəncləri arasında bir sıra mübadilə proqramları həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti