...

Azərbaycanın hakim partiyası Tükiyədə keçiriləcək parlament seçkiləri ilə bağlı mövqeyini açıqlayıb

Siyasət Materials 1 İyun 2011 14:24 (UTC +04:00)
Azərbaycanın hakim partiyası Tükiyədə keçiriləcək parlament seçkiləri ilə bağlı mövqeyini açıqlayıb.
Azərbaycanın hakim partiyası Tükiyədə keçiriləcək parlament seçkiləri ilə bağlı mövqeyini açıqlayıb

Azərbaycan, Bakı, 1 iyun /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın hakim partiyası Tükiyədə keçiriləcək parlament seçkiləri ilə bağlı mövqeyini açıqlayıb.

"Türkiyə Azərbaycana qardaş ölkədir və türk xalqı hansı partiyanın seçəcəksə, Azərbaycan xalqı üçün də, Yeni Azərbaycan Partiyası üçün də bu, məqbul olacaq", - Trend-in məlumatına görə, çərşənbə günü jurnalistlərə açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının Sədr müavini, icraçı katibi Əli Əhmədov bildirib.

Əhmədov deyib ki, YAP-la Türkiyənin Ədalət və İnkişaf Partiyası (AKP) arasında yaxşı münasibətlər var.

"Biz mütəmadi olaraq müxtəlif səviyyələrdə toplantılar təşkil edirik, müzakirələr, fikir mübadiləsi aparırıq. Türkiyədə son illər AKP-nin rəhbərliyi altında həm iqtisadi, həm də siyasi inkişaf var. Bu ölkədə son illər əldə olunan inkişafda AKP-nin xidmətləri xüsusi qeyd olunmalıdır. Hesab edirəm ki, türk seçicilər bütün bunları nəzərə alacaq" - o, vurğulayıb.

Türkiyədə iyunun 12-də parlament seçkiləri keçiriləcək.

Xəbər lenti

Xəbər lenti