...

Azərbaycanın müxalif partiya sədrləri əməkdaşlıq formatlarını müzakirə ediblər

Siyasət Materials 13 İyun 2011 16:33 (UTC +04:00)
İyunun 13-də Azərbaycan Yaşıllar Partiyasının (AYP) həmsədrləri Mayis Gülalıyev və Tahirə Məmmədova, Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev və Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxan arasında növbəti görüş keçirilib.
Azərbaycanın müxalif partiya sədrləri əməkdaşlıq formatlarını müzakirə ediblər

Azərbaycan, Bakı, 13 iyun /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın müxalif partiya sədrləri ölkədəki ictimai-siyasi durumu müzakirə ediblər.

İyunun 13-də Azərbaycan Yaşıllar Partiyasının (AYP) həmsədrləri Mayis GülalıyevTahirə Məmmədova, Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev və Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxan arasında növbəti görüş keçirilib. Bu barədə bazar ertəsi Trend-ə Vətəndaş və İnkişaf Partiyasının mətbuat xidmətindən məlumat verilib.

Görüşdə ölkədəki ictimai-siyasi vəziyyət, müxalifətdaxili inteqrasiya prosesinin mövcud durumu, Türkiyədə keçirilmiş parlament seçkiləri və cari məsələlər müzakirə olunub.

Müxalifətdaxili inteqrasiya məsələlərinin ətraflı müzakirəsi zamanı bu partiyaların ayrılıqda və digər siyasi təşkilatlarla birgə müəyyən olunacaq mümkün əməkdaşlıq formatları nəzərdən keçirilib. AYP, ALP və VİP sədrləri bu istiqamətdə məsləhətləşmələrin davam etdirilməsinə tərəfdar olublar.

Xəbər lenti

Xəbər lenti