...

Azərbaycan və Gürcüstan arasında dövlət sərhədlərinin delimitasiyası müzakirə olunub

Siyasət Materials 14 İyun 2011 15:52 (UTC +04:00)
Azərbaycan və Gürcüstan arasında dövlət sərhədlərinin delimitasiyası ilə bağlı iyun ayının ilk yarısında hər iki dövlətin işçi qrupu səviyyəsində görüş keçirilib.
Azərbaycan və Gürcüstan arasında dövlət sərhədlərinin delimitasiyası müzakirə olunub

Azərbaycan, Bakı, 14 iyun /Trend/

Azərbaycan və Gürcüstan arasında dövlət sərhədlərinin delimitasiyası ilə bağlı iyun ayının ilk yarısında hər iki dövlətin işçi qrupu səviyyəsində görüş keçirilib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən bildirilib.

Məlumatda qeyd olunur ki, Gürcüstan ərazisində baş tutan görüş zamanı işçi qrupları dövlət sərhədlərinin delimitasiyası ilə bağlı kartoqrafiya, təsərrüfat, meşə, yerin quruluşu və s. sənədləri araşdırıblar, yerlərdə sərhəd xəttinin keçməsinin müəyyən edilməsi və müvafiq geodeziya ölçmə işləri aparıblar.

Görüş dövlət komissiyalarının birgə növbəti iclasına hazırlıq məqsədilə keçirilib. İşçi qruplarının fəaliyyəti nəticəsində müvafiq işlərin həyata keçirilməsindən sonra dövlət komissiyalarının növbəti görüş vaxtı müəyyənləşdiriləcək.

Azərbaycan ilə Gürcüstan arasında ümumi uzunluğu 480 kilometr olan dövlət sərhədinin 180 kilometri indiyədək dəqiqləşdirilməyib.

Xəbər lenti

Xəbər lenti