...

İctimai Palatanın keçirmək istədiyi qanunsuz aksiyanın qarşısı qətiyyətlə alınacaq - DİN

Siyasət Materials 17 İyun 2011 16:48 (UTC +04:00)
Azərbaycan Daxili İşlər Nazirliyi İctimai Palata adlanan qurumun keçirmək istədiyi qanunsuz aksiyanın qarşısını qətiyyətlə alacaq.
İctimai Palatanın keçirmək istədiyi qanunsuz aksiyanın qarşısı qətiyyətlə alınacaq - DİN

Azərbaycan, Bakı, 17 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Daxili İşlər Nazirliyi İctimai Palata adlanan qurumun keçirmək istədiyi qanunsuz aksiyanın qarşısını qətiyyətlə alacaq.

"Əgər icra hakimiyyəti ilə razılaşdırılmamış yerdə mitinq keçirməyə cəhd göstərilərsə, bu, qanunsuz aksiya hesab olunacaq və aksiyanın qarşısı polis tərəfindən qətiyyətlə alınacaq", - bunu cümə günü Trend-in sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov deyib.

Rəis müavini bildirib ki, respublikanın istənilən şəhər və rayonlarında yerli icra hakimiyyəti orqanı ilə razılaşdırılaraq keçirilən kütləvi tədbirlər, mitinqlər, küçə yürüşlərinin iştirakçılarının təhlükəsizliyi həmin ərazinin polis orqanlarının əməkdaşları tərəfindən yüksək səviyyədə, nümunəvi şəkildə təmin edilir.

Zahidov bidirib ki, yerli icra hakimiyyəti orqanları ilə razılaşdırılmamış və vətəndaşların konstitusion hüquqlarının pozulmasına səbəb ola bilən hər hansı qanunsuz kütləvi tədbir, o cümlədən mitinq, küçə yürüşünün qarşısı da ictimai asayişin, ictimai təhlükəsizliyin qarantı olan polis tərəfindən qətiyyətlə alınacaq.

Nazirlik sözçüsü qeyd edib ki, iyunun 19-na təyin olunmuş mitinq Bakı şəhər İcra Hakimiyyəti tərəfindən icazə verilən ərazidə keçirilərsə, polis aksiya iştirakçılarının təhlükəsizliyini təmin edəcək.

Bakı şəhər İcra Hakimiyyəti aksiyanın Bibiheybət qəsəbəsi, 20-ci sahə yaşayış massivi, Sürücülük məktəbinin həyətindəki meydançada keçirilməsini təklif edib. İP-nin Koordinasiya Şurası isə iyunun 19-da "Nərimanov" kinoteatrının qarşısındakı meydanda razılaşdırılmamış aksiya keçirmək barədə qərar qəbul edib.

Xəbər lenti

Xəbər lenti