...

Azərbaycan, Türkiyə və İranın parlament rəhbərləri üçtərəfli görüş keçirəcəklər

Siyasət Materials 1 İyul 2011 15:28 (UTC +04:00)
Azərbaycan, Türkiyə və İran parlamentlərinin rəhbərləri üçtərəfli görüş keçirəcəklər.
Azərbaycan, Türkiyə və İranın parlament rəhbərləri üçtərəfli görüş keçirəcəklər

Azərbaycan, Bakı, 1 iyul /Trend, müxbir T.Cəfərov/

Azərbaycan, Türkiyə və İran parlamentlərinin rəhbərləri üçtərəfli görüş keçirəcəklər.

Bu barədə razılıq Azərbaycan və İran parlamentlərinin rəhbərləri Oqtay Əsədov və Əli Laricaninin görüşündə əldə olunub. Bu barədə cümə günü Trend-ə İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Abbas İsgəndəri deyib.

"Görüşdə tərəflər parlamentlərarası münasibətlərin gələcək inkişafında maraqlı olduqlarını bildiriblər, regional problemlərin region ölkələrinin maraqlarının təmini çərçivəsində həllinin vacibliyini qeyd ediblər", - İsgəndəri vurğulayıb.

Əli Laricani cümə axşamı Azərbaycana rəsmi səfərə gəlib.

Bundan əvvəl Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin üçtərəfli görüşü olub.

Xəbər lenti

Xəbər lenti