...

Türkiyənin ölkəmizdəki səfiri 13 yaşlı uşağın faciəli ölümü ilə bağlı Azərbaycan xalqına başsağlığı verib

Siyasət Materials 15 İyul 2011 12:19 (UTC +04:00)
Türkiyənin ölkəmizdəki səfiri Hulusi Kılıç Tovuz rayonunda 13 yaşlı Aygün Şahmalıyevanın faciəli ölümü ilə bağlı Azərbaycan xalqına başsağlığı verib.
Türkiyənin ölkəmizdəki səfiri 13 yaşlı uşağın faciəli ölümü ilə bağlı Azərbaycan xalqına başsağlığı verib

Azərbaycan, Bakı, 15 iyul /Trend/

Türkiyənin ölkəmizdəki səfiri Hulusi Kılıç Tovuz rayonunda 13 yaşlı Aygün Şahmalıyevanın faciəli ölümü ilə bağlı Azərbaycan xalqına başsağlığı verib. Bu barədə Türkiyə səfirliyinin mətbuat xidmətindən Trend-ə məlumat verilib.

"Tovuz rayonunda 13 yaşlı Aygün Şahmalıyevanın içinə partlayıcı qurğu quraşdırılmış çaya atılan oyuncağın partlaması nəticəsində ölümündən böyük kədər hissi keçirirəm. Bu qeyri-insani davranışı hiddətlə qınayıram. Aygün qızımızın kədərli ailəsinə başsağlığı verir və səbr diləyirəm. Allah rəhmət eləsin!" - başsağlığında deyilir.

Azərbaycanın Tovuz rayonunun Ermənistanla həmsərhəd olan Əlibəyli kəndində partlayıcı qurğunun işə düşməsi nəticəsində 1998-ci il təvəllüdlü Şahmalıyeva Aygün Zirəddin qızı həlak olub, onun anası 1979-cu il təvəllüdlü Şahmalıyeva Elnarə Məmmədtağı qızı isə bədəninin bud nahiyəsindən xəsarət alaraq yaralanıb.

Partlayıcı qurğu quraşdırılmış "itəbənzər" uşaq oyuncağı ermənilər tərəfindən Əlibəyli kəndinə daxil olan Tovuz çayına buraxılıb. Həmin ərazidə oynayan Cəfərov Elsəvər Həsən oğlu və Şahmalıyeva Aygün Zirəddin qızı oyuncağı taparaq Cəfərov Həsənin evinə gətiriblər.

Evdə oynayan zaman Aygün Şahmalıyeva oyuncağı masanın üstünə vurub və nəticədə partlayış baş verib.

Xəbər lenti

Xəbər lenti