...

Rusiya Cənubi Qafqazda iştirakı hərbidən iqtisadi konsepsiyaya dəyişməlidir - Araz Əzimov

Siyasət Materials 19 İyul 2011 11:41 (UTC +04:00)
Rusiya Cənubi Qafqazda iştirakı hərbidən iqtisadi konsepsiyaya dəyişməlidir. Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov belə hesab edir.
Rusiya Cənubi Qafqazda iştirakı hərbidən iqtisadi konsepsiyaya dəyişməlidir - Araz Əzimov

Azərbaycan, Bakı, 19 iyul /Trend/

Rusiya Cənubi Qafqazda iştirakı hərbidən iqtisadi konsepsiyaya dəyişməlidir. Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov belə hesab edir.

Azərbaycan Rusiya hərbiçilərinin Ermənistan ərazisində olmasından narahatdır. Trend-in məlumatına görə, Əzimov "Exo Moskvı" radiostansiyasına müsahibəsində bildirib.

"Təəssüf ki, Rusiya Ermənistan ərazisində silahlı qüvvələrin saxlanmasını vacib hesab edir. Biz getdikcə RF-nin Cənubi Qafqazda iştirakı üçün belə hərbi konsepsiyaya daha az əsas görürük - tankları tankerlərlə əvəz etməyin, yəni hərbi formanı iqtisadi mövcudluqla əvəz etməyin vaxtı çatıb", - nazir müavini qeyd edib.

Əzimov hesab edir ki, Ermənistanı Dağlıq Qarabağ nizamlaması üzrə danışıqlarda səslənən konstruktiv təklifi qəbul etməyə inandırmaq Rusiyanın marağındadır.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti