...

Elmar Məmmədyarov Rumıniya səfirini Azərbaycanda diplomatik fəaliyyətini başa vurması ilə əlaqədar qəbul edib

Siyasət Materials 20 İyul 2011 17:32 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarov Rumıniyanın Azərbaycandakı səfiri Nikolae Urekeni ölkəmizdə diplomatik fəaliyyətini başa vurması ilə əlaqədar qəbul edib.
Elmar Məmmədyarov Rumıniya səfirini Azərbaycanda diplomatik fəaliyyətini başa vurması ilə əlaqədar qəbul edib

Azərbaycan, Bakı, 20 iyul /Trend/

Xarici işlər naziri Elmar Məmmədyarov Rumıniyanın Azərbaycandakı səfiri Nikolae Urekeni ölkəmizdə diplomatik fəaliyyətini başa vurması ilə əlaqədar qəbul edib. Bu barədə çərşənbə günü Trend-ə XİN-in mətbuat xidmətindən məlumat verilib.

Görüş zamanı səfir Ureke Azərbaycanda Rumıniyanın səfiri olmasından məmnun olduğunu vurğulayıb. İşlədiyi dövrdə ölkələr arasındakı münasibətlərin daha da genişlənməsi və inkişafı üçün fəaliyyət göstərdiyini söyləyən səfir bu istiqamətdə Azərbaycanın Xarici İşlər Nazirliyi ilə faydalı əməkdaşlığını qeyd edib.

Öz növbəsində Məmmədyarov səfir Nikolae Urekeyə xoş arzularını bildirib və gələcək işlərində müvəffəqiyyətlər arzulayıb.

Xəbər lenti

Xəbər lenti