...

Azərbaycan Prezidenti Rusiyanın müdafiə nazirini qəbul edib (FOTO)

Siyasət Materials 25 İyul 2011 18:36 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 25-də Rusiyanın müdafiə naziri Anatoli Serdyukovu qəbul edib
Azərbaycan Prezidenti Rusiyanın müdafiə nazirini qəbul edib (FOTO)

Şəkillər əlavə olunub (ilk xəbər 18:36-da yayılıb)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 25-də Rusiyanın müdafiə naziri Anatoli Serdyukovu qəbul edib.

Prezident İlham Əliyev Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən hərbi sahədə uğurla inkişaf etdiyini vurğuladı, çoxşaxəli əlaqələr çərçivəsində hərbi-texniki əməkdaşlığın razılıq doğurduğunu bildirdi. Dövlətimizin başçısı Rusiyanın müdafiə nazirinin Azərbaycana səfərinin hərbi sahədə əməkdaşlıqla bağlı görülən işlərin müzakirə edilməsi və gələcək əməkdaşlığın istiqamətlərinin müəyyənləşdirilməsi baxımından önəmli olduğunu söylədi.

Rusiyanın müdafiə naziri Anatoli Serdyukov iki ölkə arasında hərbi və hərbi-texniki əməkdaşlığa dair bütün işlərin vaxtında yerinə yetirildiyini və bununla bağlı müdafiə nazirlikləri səviyyəsində məsələlərin uğurla həll edildiyini bildirdi.

Xəbər lenti

Xəbər lenti