...

Müdafiə Nazirliyinin polkovniki pedofiliyada şübhəli bilinərək saxlanılıb

Siyasət Materials 26 İyul 2011 11:02 (UTC +04:00)
Moskva ətrafında RF Müdafiə Nazirliyinin polkovniki uşaqlara qarşı təhqiramiz hərəkətlər törətməkdə şübhəli bilinərək saxlanılıb.
Müdafiə Nazirliyinin polkovniki pedofiliyada şübhəli bilinərək saxlanılıb

Azərbaycan, Trend, 26 iyul /Trend/

Moskva ətrafında RF Müdafiə Nazirliyinin polkovniki uşaqlara qarşı təhqiramiz hərəkətlər törətməkdə şübhəli bilinərək saxlanılıb. Trend-in məlumatına görə, bu barədə "RİA Novosti"yə çərşənbə axşamı İstintaq Komitəsinin rəsmi nümayəndəsi Vladimir Markin bildirib.

İK nümayəndəsinin sözlərinə görə, şübhəlini ifşa etmək idarənin qaynar xəttinə edilən zəng sayəsində mümkün olub. 2011-ci ilin iyulunda İK-nın qaynar xəttinə Moskva vilayəti Şelkov rayonu sakininin müraciəti daxil olub. O, Monino qəsəbəsindəki qonşusunun mənzilinə tez-tez uşaqların şübhəli gəlişi barədə məlumat verib.

Müstəntiqlər bu məlumatı yoxlayıblar və məlumat təsdiqlənib. "Moskva vilayəti İK-nın istintaq orqanları tərəfindən Şelkov rayonu Monino qəsəbəsinin sakini 44 yaşlı .... barəsində cinayət işi açılıb. O, yetkinlik yaşına çatmamışlara qarşı seksual xarakterli (RF CM 134-cü maddə 3-cü bənd) və azyaşlılara qarşı əxlaqsız hərəkətlər törətməkdə (135-ci maddə 2-ci bənd) günahlandırılır", - Markin deyib.

İstintaq müəyyən edib ki, Müdafiə Nazirliyinin polkovniki 2009-cu ildən 2011-ci ilin iyulunadək öz mənzilində dəfələrlə 9 və 15 yaşlı iki qardaşa qarşı seksual xarakterli hərəkətlər törədib.

"Hazırda cinayətkar saxlanılıb, onun barəsində təcili istintaq hərəkətləri aparılır. O, artıq təqsirini boynuna alıb. Onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair məsələ həll olunur", - Markin dəqiqləşdirib.

Xəbər lenti

Xəbər lenti