...

Bu axşam Bakıda qısamüddətli yağış gözlənilir

Siyasət Materials 6 Avqust 2011 08:00 (UTC +04:00)
Yaxın 2 gün ərzində isə Abşeron yarımadasında güclü xəzri küləyinin davam edəcəyi gözlənilir
Bu axşam Bakıda qısamüddətli yağış gözlənilir

Azərbaycan, Bakı, 6 avqust /Trend/

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında bu gün hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 22-26 dərəcə, gündüz 27-32 dərəcə isti təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 26-27 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında bu gün əsasən gecə və axşam saatlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Bəzi dağlıq və dağətəyi rayonlarda dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25 dərəcə, gündüz 30-35 dərəcə, dağlarda gecə 13-18 dərəcə, gündüz 24-29 dərəcə isti təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti