...

Yuliya Timoşenko səs-küylü qətldə ittiham olunur

Siyasət Materials 12 Avqust 2011 17:22 (UTC +04:00)
Yuliya Timoşenko səs-küylü qətldə ittiham olunur
Yuliya Timoşenko səs-küylü qətldə ittiham olunur

Azərbaycan, Bakı, 12 avqust /Trend/

Ukraynanın baş prokurorunun birinci müavini Renat Kuzmin bildirib ki, ABŞ prokurorluğu keçmiş Baş nazir Yuliya Timoşenkonun səs-küylü qətldə əli olması ilə bağlı informasiyaya malikdir. Trend-in məlumatına görə, xəbəri RİA Novosti yazır. Hazırda Rusiya ilə qaz sazişləri imzalanan zaman vəzifə səlahiyyətlərini aşdığına görə Timoşenkonun məhkəməsi gedir.

Səs-küylü qətl dedikdə parlamentin üzvü Yevgeni Şerbanın ölümü nəzərdə tutulur. Onu 1996-cı ildə həyat yoldaşı ilə birlikdə Donetsk aeroportunda güllələyiblər. Qətlin üstü açılmayıb. Ukrayna Baş Prokurorluğu bu cinayətin sifarişində keçmiş Baş nazir Pavel Lazarenkonu təqsirli bilir. O, indi ABŞ-da çirkli pulların yuyulmasına görə həbsdədir.

Şerban haqqında az şey məlumdur. 1990-cı illərdə onu ən uğurlu iş adamı və Donetsk regionunun ən nüfuzlu adahesab edirdilər. Deyilənə görə, o, "donetskliləri" hakimiyyətə gətirməli idi. Məlumatlar var ki, Şerban ona qarşı sui-qəsdin olacağını hiss edirmiş, lakin konkret adamların adını çəkməyib, yalnız onu deyib ki, məsələ biznesdə yox, siyasətdədir. Şerban Donetsk aeroportunda Moskvadan qayıdarkən güllələnib. O, Moskvada İosif Kobzonun "gümüş toyu"nda olub. Şerban və onun həyat yoldaşı ilə yanaşı, təyyarənin mexaniki də yerindəcə öldürlüb, təyyarənin mühəndisi isə aldığı xəsarətdən xəstəxanada keçinib. Şerbanın oğlu Ruslan isə xəsarət almayıb.

Timoşenkonun 1990-cı illərdə Lazarenko ilə işgüzar və siyasi əlaqələri olub.

"ABŞ-ın Lazarenkoya qarşı cinayət materiallarında maraqlı məlumat var. ABŞ prokurorluğu tərəfindən Lazarenkonun işi üzrə sorğu-sual edilən şəxs birbaşa deyib ki, Şerbanı öldürən qatil pulları Lazarenko və Timoşenkonun hesablarından alıb. Şahid safarişçi ilə söhbətə istinad edir. Sifarişçi "Yuliya pulu ödəyəcək" deyərkən, qətlə görə ödəməni nəzərdə tutub", - Kuzmin Ukraynanın "Fokus" jurnalına müsahibəsində deyib.

Lakin o, Ukrayna Baş Prokurorluğunda bu epizodla bağlı Timoşenkoya qarşı cinayət işi qaldıracağı ilə bağlı suala cavab verməyib.

"Bu materiallar ABŞ prokurorlarına ifadə verən şahidlər kimi Birləşmiş Ştatlardadır", - Kuzmin qeyd edib.

Bundan əvvəl Timoşenkonun tərəfdarları bildirmişdilər ki, Ukrayna Baş Prokurorluğu keçmiş Baş naziri Şerbanın qətlində ittiham edə bilər. Onlar bu mümkün ittihamları tamamilə əsassız saydıqlarını qeyd etmişdilər.

İyunun sonundan Kiyevin Peçer rayon məhkəməsi Timoşenkonun "qaz" işinə baxır. Avqustun 5-dən Timoşenko həbsdədir.

Xəbər lenti

Xəbər lenti