...

Türkiyə səfiri Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Siyasət Materials 27 Avqust 2011 12:01 (UTC +04:00)
Türkiyənin Azərbaycandakı səfiri Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.
Türkiyə səfiri Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Azərbaycan, Bakı, 27 avqust /Trend, müxbir K.Zərbalıyeva/

Türkiyənin Azərbaycandakı səfiri Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

"Mübarək Ramazan ayı münasibəti ilə Azərbaycanda, Azərbaycanın hüdudlarından kənarda yaşayan bacı və qardaşlarımı səmimi qəlbdən təbrik edir, bayramın millətimizə, İslam aləminə və bütün bəşəriyyətə əmin-amanlıq, firavanlıq, rifah, sevinc və bərəkət gətirməsini diləyirəm", - Trend-in məlumatına görə, Hulusi Kılıcın təbrik məktubunda deyilir.

Ramazan ayının ilk günü bu il miladi təqvimlə avqustun 1-də başlayıb.

Ayın görünməsindən asılı olaraq Ramazan Bayramı Ramazan ayının 29-u və ya 30-na (miladi təqvimlə avqustun 30-na və ya 31-nə ) təsadüf edəcək.

Xəbər lenti

Xəbər lenti