...

Azərbaycan Prezidenti Malayziyanın Ali Başçısına təbrik məktubu ünvanlayıb

Siyasət Materials 30 Avqust 2011 15:15 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Malayziyanın Ali Başçısı Tuanku Mizan Zeynal Abidin ibni əl-Mərhum Sultan Mahmud əl-Müktəfi Billah Şahaya təbrik məktubu ünvanlayıb.
Azərbaycan Prezidenti Malayziyanın Ali Başçısına təbrik məktubu ünvanlayıb

Azərbaycan, Bakı, 30 avqust /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Malayziyanın Ali Başçısı Tuanku Mizan Zeynal Abidin ibni əl-Mərhum Sultan Mahmud əl-Müktəfi Billah Şahaya təbrik məktubu ünvanlayıb.

"Malayziyanın milli bayramı - Müstəqillik günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm.
Əminəm ki, Azərbaycan ilə Malayziya arasındakı münasibətlərin hərtərəfli inkişafı, dostluq və əməkdaşlıq əlaqələrimizin genişləndirilməsi yolunda bundan sonra da qarşılıqlı səylər göstərəcəyik.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Malayziya xalqına əmin-amanlıq və firavanlıq arzulayıram", - təbrikdə deyilir.

Xəbər lenti

Xəbər lenti