...

Azərbaycan ilə Niderland arasında hüquqi əməkdaşlıq məsələsi müzakirə olunub

Siyasət Materials 7 Sentyabr 2011 20:18 (UTC +04:00)
Azərbaycanın ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Niderland Krallığının ölkəmizdəki səfiri Aryen Uyterlinde ilə görüşüb.
Azərbaycan ilə Niderland arasında hüquqi əməkdaşlıq məsələsi müzakirə olunub

Azərbaycan, Bakı, 7 sentyabr /Trend/

Azərbaycanın ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Niderland Krallığının ölkəmizdəki səfiri Aryen Uyterlinde ilə görüşüb.

Trend-in Ədliyyə Nazirliyinin rəsmi saytına istinadən yaydığı məlumata görə, Azərbaycan və Niderland arasında səmərəli əməkdaşlıq münasibətlərini qeyd edən nazir 2002-ci ildə Ədliyyə nazirlikləri arasında imzalanmış Anlaşma Memorandumunun əməkdaşlıq üçün zəmin yaradaraq hüquqi sahədə əlaqələrimizin inkişaf etdiyini, Niderland ədliyyə nazirinin ötən il Azərbaycana səfərinin, keçirilmiş görüşlərin və danışıqların əhəmiyyətini vurğulayıb, respublikamızda aparılan mütərəqqi məhkəmə və ədliyyə islahatları barədə məlumat verib.

Niderlandın ölkəmizlə əlaqələrin genişləndirilməsində maraqlı olduğunu bildirən səfir hüquqi əməkdaşlığın getdikcə inkişaf etdiyini və qarşılıqlı səfərlərin buna mühüm təkan verdiyini vurğulayıb, ədliyyə və məhkəmə islahatlarının uğurlu nəticələrini təqdir edib, əməkdaşlığa dair konkret təkliflər irəli sürüb.

Görüşdə maraq kəsb edən məsələlər üzrə faydalı fikir mübadiləsi aparılıb.

Qonaq nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olub.

Xəbər lenti

Xəbər lenti