...

Diplomatik Akademiyanın proqramları Azərbaycan üçün çox əhəmiyyətlidir - rektor Hafiz Paşayev

Siyasət Materials 9 Sentyabr 2011 16:00 (UTC +04:00)
Azərbaycan Diplomatik Akademiyası (ADA) tərəfindən həyata keçirilən proqramlar Azərbaycan üçün çox əhəmiyyətlidir.
Diplomatik Akademiyanın proqramları Azərbaycan üçün çox əhəmiyyətlidir - rektor Hafiz Paşayev

Azərbaycan, Bakı, 9 sentyabr /Trend, müxbir S.Ağayeva/

Azərbaycan Diplomatik Akademiyası (ADA) tərəfindən həyata keçirilən proqramlar Azərbaycan üçün çox əhəmiyyətlidir. Trend-in məlumatına görə, bu nu cümə günü xarici işlər nazirinin müavini, Akademiyanın rektoru, akademik Hafiz Paşayev deyib.

Onun sözlərinə görə, ADA-nın təşkil etdiyi kursların dinləyiciləri, yəni müxtəlif ölkələrin diplomatları Azərbaycanda olduqları qısa müddət ərzində ölkə haqqında çox geniş məlumat alırlar.

"Beynəlxalq təşkilatlarda Azərbaycanla bağlı istənilən məsələnin müzakirəsində hər bir ölkənin fikri bizim üçün vacibdir. Bu mənada, hazırda Azərbaycanda keçirilən kurslar və diplomatlara təqdim olunan məlumatlar gələcəkdə bizim üçün böyük əhəmiyyət kəsb edəcək", - Paşayev deyib.

Xəbər lenti

Xəbər lenti