...

SAM-ın əməkdaşı Corc Marşal Mərkəzində təhlükəsizlik mövzusunda tədqiqatlar aparacaq

Siyasət Materials 16 Sentyabr 2011 11:26 (UTC +04:00)
Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) Xarici siyasət məsələlərinin təhlili şöbəsinin elmi işçisi Zaur Şiriyev sentyabr-dekabr aylarında Almaniyanın Qarmiş-Partenkirxen şəhərində Corc Marşal adına Avropa Təhlükəsizlik Araşdırmalar Mərkəzinin Ali Təhlükəsizlik Proqramında iştirak edəcək.
SAM-ın əməkdaşı Corc Marşal Mərkəzində təhlükəsizlik mövzusunda tədqiqatlar aparacaq

Azərbaycan, Bakı, 16 sentyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) Xarici siyasət məsələlərinin təhlili şöbəsinin elmi işçisi Zaur Şiriyev sentyabr-dekabr aylarında Almaniyanın Qarmiş-Partenkirxen şəhərində Corc Marşal adına Avropa Təhlükəsizlik Araşdırmalar Mərkəzinin Ali Təhlükəsizlik Proqramında iştirak edəcək. Trend-in məlumatına görə, bu barədə cümə günü SAM-dan bildirilib.

Proqram çərçivəsində regional və beynəlxalq təhlükəsizlik sahəsində Avropa və ABŞ-ın aparıcı elm adamlarının məruzələri, ABŞ-a təcrübə səfəri nəzərdə tutulub. Proqramın sonunda iştirakçıların təhlükəsizlik mövzusunda təqdimatlarının keçirilməsi nəzərdə tutulub.

Corc Marşal adına Avropa Təhlükəsizlik Mərkəzi ABŞ və Almaniya Müdafiə nazirliklərinin təhlükəsizlik və müdafiə tədqiqatları sahəsində unikal institutdur. 1993-ci ildən etibarən Mərkəz sülh, təhlükəsizlik sahəsində Şimali Amerika, Avropa və Avrasiya arasında əməkdaşlığın təşviqi və xüsusilə müdafiə sahəsində, demokratik institutlarla bağlı tədqiqatların və sabit təhlükəsizlik mühitinin gücləndirilməsi missiyasını yerinə yetirir.

Xəbər lenti

Xəbər lenti