...

Filip Vuyanoviç Azərbaycan xalçalarını və rəsm əsərlərini izləyib (FOTO)

Siyasət Materials 17 Sentyabr 2011 15:08 (UTC +04:00)
Filip Vuyanoviç Azərbaycan xalçalarını və rəsm əsərlərini izləyib
Filip Vuyanoviç Azərbaycan xalçalarını və rəsm əsərlərini izləyib (FOTO)

Azərbaycan, Bakı, 17 sentyabr /Trend/

Azərbaycanda rəsmi səfərdə olan Monteneqro Prezidenti Filip Vuyanoviç şənbə günü "Azər-İlmə" Məhdud Məsuliyyətli Cəmiyyətinin "Sehirli ilmələr" qalereyasında olub.

Azərbaycanın xalı və xalçaları indi də dünyanın bir çox muzeylərinin ən nadir eksponatlarından sayılır. 1996-cı ildən fəaliyyətə başlayıb, hazırda 350 nəfərin çalışdığı "Azər-İlmə"nin məhsulları ABŞ, Almaniya, Avstriya, İngiltərə, İtaliya, Yaponiya və Rusiyada keçirilən satış sərgilərində xüsusi mükafatlara və sertifikatlara layiq görülüb.

Prezident Filip Vuyanoviç toxuma prosesini maraqla izləmiş, qalereyanın açıq səma altında nümayiş olunan zəngin eksponatlarına baxıb. Xalçalarımızın gözəlliyinə valeh olduğunu vurğulayan ali qonaq ölkəmizdə bu qədim el sənətinin belə məhəbbətlə yaşadılmasını yüksək qiymətləndirib.

Monteneqro Prezidentinə Azərbaycan xalçaları haqqında nəfis nəşrlər təqdim olunub.

Həmin gün Vuyanoviç Müasir İncəsənət Muzeyi ilə tanış olub.

Muzeydə Azərbaycanın adlı-sanlı və gənc, əsasən avanqard üslubda işləyən rəssam və heykəltəraşlarının 1000-dək işi toplanıb.

Prezident Qərbi Avropa incəsənəti salonunda nümayiş etdirilən Pablo Pikasso, Salvador Dali, Mark Şaqal kimi dahi klassiklərin əsərlərinə böyük maraqla baxıb.

Monteneqronun Prezidenti Filip Vuyanoviç muzeyin kitabxanası ilə də tanış olub. Bildirilib ki, burada incəsənət sahəsinə aid 800-dək kitab toplanıb.

Xəbər lenti

Xəbər lenti