...

TÜRKPA Qırğızıstan deputatlarının Türkiyə parlamentində mübadilə proqramını təşkil edir

Siyasət Materials 19 Sentyabr 2011 12:22 (UTC +04:00)
TÜRKPA Katibliyinin koordinatorluğu ilə Qırğızıstan parlamentinin bir qrup əməkdaşı Türkiyə Böyük Millət Məclisində mübadilə proqramında iştirak edəcək.
TÜRKPA Qırğızıstan deputatlarının Türkiyə parlamentində mübadilə proqramını təşkil edir

Azərbaycan, Bakı, 19 sentyabr /Trend, müxbir M.Əliyev/

TÜRKPA Katibliyinin koordinatorluğu ilə Qırğızıstan parlamentinin bir qrup əməkdaşı Türkiyə Böyük Millət Məclisində mübadilə proqramında iştirak edəcək. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi TÜRKPA-dan bildirilib.

19-25 sentyabrda təşkil olunacaq proqram çərçivəsində Qırğızıstan Parlamenti Aparatının əməkdaşları Türkiyə parlamentinin Hüquq və dövlət quruculuğu, İnformasiya texnologiyaları, Daimi komisiyalarla iş, Beynəlxalq əlaqələr və protokol, Arxiv işləri, İqtisadi və sosial qanunvericilik şöbələrində seminar-mühazirələrə qatılacaqlar. Nümayəndə heyətinin TBMM-in Aparat rəhbəri Sadettin Kalkanla görüşü də nəzərdə tutulur.

Bu, TÜRKPA-nın türkdilli ölkələr arasında parlamentlərarası əməkdaşlığa xidmət edən sayca 4-cü layihəsidir. Bunadək Azərbaycan, Türkiyə və Qazaxıstan parlamentləri arasında mübadilə proqramları həyata keçirilib. Layihənin gedişatında TÜRKPA Katibliyindən Baş katibin müavinləri Bektemir Ziyadinov və Kürşad Sarıarslan iştirak edəcəklər.

Xəbər lenti

Xəbər lenti